Evli ola-ola kəbinsiz nikah mümkündürmü?

Azərbaycanda rəsmi olaraq boşanmadan ikinci dəfə ailə həyatı qurmaq mümkün deyil.

Ancaq məsələn, rəsmi boşanma olmadan, sadəcə dini kəbin kəsdirib başqa biri ilə yaşamaq istəyi ola bilərmi?

Olarsa, bu, hüquqi baxımdan nələrə səbəb ola bilər?!

Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya danışıb.

O deyib:

“Rəsmi nikahdan ayrılmadan dini nikahla başqa bir şəxslə yaşamaq “bigamiya”ya bənzər hal yaradacaq. Qanunda dini mərasimlə nikahın hüquqi qüvvəsi yoxdur, ancaq “bigamiya” cinayət təqibi səbəbi ola bilər.

Kəbin kağızı rəsmi nikah əvəzi deyil. Həmçinin ailə vəziyyətinin yanlış qeydiyyatı problem yarada bilər. Təhlükəli hüquqi nəticələrdən qaçmaq üçün əvvəlcə rəsmi boşanma zəruridir”.

 

Elmar

Gununsesi.info