Evlilik proqramları haqqında yeni qərar – BAĞLANIR

  • By admin
  • 21 Avqust 2017 15:54

azerbaycanli oglan evlilik proqrami

Telekanllarda yayımlanan evlilik proqramları yeni mövsümdə fəaliyyətlərini davam etdirməyəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Radio-Televiziya Ali Qurumunun (RTÜK) Monitorinq və Qiymətləndirmə Departamentinin sədr müavini Murat Ellialtı mətbuata açıqlamasında belə deyib.

Murat Ellialtı bildirib ki, artıq telekanalların heç birində evlilik proqramları yayımlanmayacaq. Bu məsələ ilə bağlı telekanalların rəhbərləri ilə görüşdük. Yeni mövsümdə evlilik proqramları fərqli formatda izləyicilərə təqdim olunacaq. Ötən mövsümdə yayımlanan evlilik proqramlarına bənzər proqram yapanlara isə çok ağır cəzalar veriləcək”, -deyə Murat Ellialtı qeyd edib.

Qeyd edək ki, Esra Erol, Seda Sayan və Zuhal Topalın apardığı evlilik proqramları həm Türkiyədə, həm də Azərbaycanda maraqla izlənilirdi.

Anar
Gununsesi.info