Evlilik təklif etdiyi qadını bıçaqladı

  • By admin
  • 03 İyul 2017 11:50

59591e057af50739108ba72d (1)Hadisə Türkiyədə baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumda aşpazlıq edən 38 yaşlı Fatih Zencir aprel ayında hava limanında çiçəklər və şamlarla romantik evlilik təklif etdiyi 41 yaşlı Faiza Drid adlı ingilis qadını üz və boğazından yaralayıb. Hadisəni törətdikdən sonra Zencir hadisə yerindən qaçıb.

Verilən məlumatlara görə, cütlük arasında mübahisə yaranıb. Nəticədə Fatih Zencir cibində gəzdirdiyi bıçaqla nişanlısının üzünü və boğazını yaralayıb. Yaralı Bodrum Dövlət Xəstəxanasına çatdırılıb. Zencir isə gizləndiyi evdə polislər tərəfindən saxlanılıb.

Gununsesi.info