“Evlilik təklifləri alıram” – Cazibədar xanım müğənni

  • By admin
  • 14 Mart 2020 14:47

“Mənim üçün görüntü önəmli deyil. Kişi hündürboy, alçaqboy olsun fərq etmək. Əsas yaxşı insan olsun”.

Gununsesi.org xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz “Şən bazar” verilişində deyib. Muğam ifaçısı Ehtiram Hüseynovu çox bəyəndiyini söyləyən ifaçı buna aydınlıq gətirib:

“Sənətini çox sevdiyim insandır. Həm də gözəl ailə başçısıdır. Gözəl sənəti var, onun pərəstişkarıyam. Ona görə də onu bəyənirəm”.

Lətifə evlilik təklifi aldığını da gizlətməyib:

“Sənətimə ara verib, ailə qurmaram. Həyatda heç bir şey zəmanətli deyil. Ailəsi dağılanlar az deyil. Sağlam ailə istəyirəm. Övladım var, ondan böyük sevgi alıram. Oğlum Arifin 5 yaşı var. Həm də ailəmdən sevgi görürəm. düşünmürəm ki, ailə qurum, evdə kimsə olsun. Belə çox xoşbəxtəm”.

 

Gununsesi.org