“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində namizəd olan azərbaycanlı Əli Əkbərvə keçmiş nişanlısı Naz Mila yenidən bir araya gəlib.
Gununsesi.info xəbər verir ki, cütlük birlikdə qatıldıqları ad günü mərasimində səmimi fotolar çəkdirib və sosial şəbəkədə paylaşıb.
Əli birlikdə ona aylar əvvəl namizəd olan Leylanın ad günü mərasiminə qatıldığını deyib:
“Leyla ilə dost olmuşuq. Nazın maşını xarab idi. Onunla eyni küçədə qalırıq. Yağış yağırdı, eyni yerə gedirdik. Ona görə də ad gününə birlikdə getmək qərarına gəldik. Bizim fotolarımızı görən Nurlananın halı pisləşib, xəstəxanaya aparıblar. Ona da zəng edib halı ilə maraqlandım”.
Naz Əli ilə xoşbəxt olduğunu söyləyib:
“Əli ilə çox xoşbəxt idik. Bizim bu sevincimizi həzm edə bilməyib, ürəyi gedənlər olub. Biz Əliylə düşmən deyilik. Əli Nurlanaya zəng edib, o da sosial şəbəkədə səsini paylaşıb. Əlini pis biri kimi qələmə verməyə çalışıb”.
Nurlana keçmiş sevgilisi Əlinin Nazla yenidən bir araya gəlməsinə təəccübləndiyini söyləyib:
“Əli yenə də özünü müdafiə etdi. Mənə Nazla fotolarını sosial şəbəkədən atdılar. Sadəcə, dostlarıma “Yaxşı qərar verdim. Əlini tanıya bilməmişəm” dedim. Mənə maraqlıdır ki, keçmiş sevgili necə dost ola bilər? Əli üçün ürəyim getməyib. Xəstə olduğum üçün halım pisləşib”.
Nurlana ilə Naz arasında Əliyə görə verilişdə dava düşüb. Bir-birinin ünvanına tənqidlər səsləndirən azərbaycanlı qızların canlı yayımda mikrofonunu bağlayıblar. Zuhal Topal qızlara mədəni danışmaları haqda xəbərdarlıq edib.
Nurlana Əli ilə heç bir münasibətinin qalmadığını və artıq o da namizədlər sırasına oturacağıbı bildirib.
Gununsesi.info