Evlilik verilişləri ilə bağlı son qərar: "Yayımlanmayacaq"

  • By admin
  • 21 Avqust 2017 19:40

130893_go15mz9ffi
Türkiyədə evlilik proqramlarının qadağan olunması ilə bağlı son dəfə rəsmi açıqlama verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ali televiziya və radio qurumu olan RTÜK bu proqramların qadağan edildiyi və yeni qərara əsasən yayım qanunlarını pozanların bundan sonra daha sərt cəzalandırılacağını bildirib.

Qeyd olunub ki, yeni mövsümdə evlilik proqramları tamamilə başqa formatda efirə gedəcək. Əvvəlki formatda verilişi aparanlara qarşı isə ağır cəza tətbiq olunacaq.

Xatırladaq ki, evlilik verilişləri “Show TV”, “ATV”, “Star TV”də və digər kanallarda yayımlanırdı.

Gununsesi.info