ABŞ-ın Kaliforniya ştatındakı Tuolumne çayı boyunca alınan məlumatlardan sonra səlahiyyətlilər bölgədə diqqət çəkən nəticələr əldə ediblər.
Gununsesi.info xəbər verir ki, polis və rəsmi qruplar Modestoda çay sahilinə baxış keçirib və qazılan mağaralarda evsiz insanların yaşadığını aşkar ediblər. Dərinliyi 6 metr olan mağaranın içərisində çoxlu tunel olduğu görülərkən, mağaranın içərisindən divan, stol və məişət əşyaları tapılıb.
Əllə düzəldilən pilləkənlərin tikildiyi mağaranın içərisində də kilolarla zibil tapılıb. Modesto polis idarəsinin rəsmiləri bildirib ki, “Bu ərazidə qeyri-qanuni düşərgə salmaq və yaşamaq epidemiya halına gəlib. Evsiz insanlar çay yatağında mağaralar qazırlar”.
Mağaraların içərisində ərzaq və məişət əşyalarının qoyulduğu rəflərin qurulduğu, mağaranın içərisində çarpayıların da tapıldığı bildirilib. Mağarada çoxlu dərman və şpris aşkar edilərkən, görüntülər trend olub.
Bir çox amerikalı mağaradakı görüntülərin mənzil probleminin böyük bir böhrana çevrildiyinin sübutu olduğunu izah edərkən, rəsmilər səkkiz mağaranın tamamilə təmizləndiyini və möhürləndiyini açıqlayıblar.
Gununsesi.info