Evsizlər “sosial mənzil” layihəsinə hansı şərtlərlə qoşula bilər?  –EKSPERT TƏHLİLİ

  • By admin
  • 17 Noyabr 2016 10:30

vuqar

Çoxdandır ki, müzakirə olunan «sosial evlər” layihəsi gəln ildən etibarən reallaşa bilər. Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanı iləölkəmizdə gələn ilin mayın 1-dək “güzəştli mənzil” sistemi yaradılacaq.

İpoteka kreditlərindən sonra, bu layihə mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Sözügedən fərmanda nələr nəzərdə tutulur və sosial evlər hansışərtlər ilə təklif ediləcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, fərman “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur: “ Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsi ilə güzəştli mənzillərə müraciətəçıxış imkanıəldə edəcəklər. İkincisi, sistemə sosial mənzillərin güzəştləəldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı vəşərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədələrin tələb edilməsi, şərtlər, o cümlədən, otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlar ilə tanış ola biləcəklər. Üçüncüsü, bu sistem mənzilləri güzəştləəldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək”.

İqtisadçı daha sonra bildirir ki, sosial mənzillərin güzəştləəldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq.

Bundan əlavə, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdi. “Cəmiyyətin sərəncamında olan mənzili güzəştləəldə etmək məqsədi ilə müraciət etmişşəxs üçün elektron kabinetin yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraicət ilə bağlı prosesi birbaşa izləyə bilsin”- deyə V.Bayramov vurğulayır.

İqtisadçı eyni zamanda qeyd edir ki, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsi iləəldə edilməsinə imkan verəcək: “Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdəözgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək.

Qeyd edim ki, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək”.

Vüsalə Rüstəmova

Gununsesi.info