Ey İran, sən nə qəribəsən…

  • By admin
  • 11 Avqust 2021 20:24

 

Ərazimizə durbinlə Ermənistandan baxır…

HTML tutorial

Qarabağa Azərbaycandan xəbərsiz turist daşıyır…

44 günlük savaşda, Rusiyadan silah kortejinə yol açır…

Sərhəddindən ərazimizə yüz kilolarla narkotik daşınır…

Adına islam dövləti qoyub, “mal” mütəxəssisi yetişdirir…

Yalandan deyir ki, sizinləyik, lazımlı məqamda, mıqqırı çıxmır…

Təriqətçidir…

Dini fanatizmin atasıdır Cənubi Qafqazda…

Din qardaşıyıq deyir, məscidimizə dığa Qarabağda tula bağlayır, donuz saxlayır, qardaşlığını göstərmir…

Qonşuyuq deyir, nəinki “kor qızımız ərə gedir”, heç haqqlı olduğumuzu təsdiqləmir də. Yəni, qonşuluğu yox…

Ailəyik deyir, özünü ailənin şuluğu kimi aparır…

Milyonlarla azərbaycanlıya öz dilində təgail hüququ vermir, yüzdən çox erməni təbliğatı aparan təşkilat saxlayır ərazisində. Hətta “Zəngəzur” adlı teleqram kanalı Irandan idarə edir ermənilər…

Azərbaycanda narkomanları, guya tövbəyə oturdub, Quma daşıyır. Orda Məşəd qənim olmuşlarına guya Məşədi etdirir onları. Əslində fanat edib üstümüzə qaytarır…

Dini liderləri Qarabağa gəlir, böyründə sonradan mozəçi, qəzəlxan olan, meyxanaçı gəzdirir…

Məscidimizdə baş yeri veririk, şirnikir.

Yer vermirik, pəzəvənglik edir…

Məsələ də bu ki, Cənublu ellilərimiz seçkisinə getməyəndə, səsverməsi, seçkisi baş tutmuş sayılmır, yetərsayı olmur Iranın…

Bir məsələ də bu ki, yeni seçilmiş rəhbəridən bu sistemi dəyişmək üçün addımlar gözlənilir…

Onda da Qarabağda TIRları peyda olur, Azərbaycandan xəbərsiz və Azərbaycan XIN Iran səfirinə NOTA təqdim edir…

Səfirləri də ki, guya bilmir ki, bu olmaz.
Qayıdıb deyir ki, münasibətimiz pozulmasın deyə hər şey ediləcək dövlət səviyyəsində…

Düz iki yüz ildir bu havanı çalır Iran, Arazın o tayından…Biz də sakitcə “Iran təranələri”nə oynayırıq…

Əslində babat da ritmi var melodiyanın. Di gəl, oynamağımıza da qıcıq olur. Məsələn, Cəbrayılda süzürük, hirslənir, Xudafərində gərdiş edirik, qıcıqıanır…

Amma məsələn, Iran təhlqkəsizlik orqanı rəsmisi, illər öncə, erməni təşkilatının keçirdiyi yalançı erməni “soyqırım qurbanlarının” abidəsinə baş əyəndə, biz binəvaların səsi çıxmadı…

Day nə deyim, nə sadalayım axı, ey Iran, sən nə qəribəsən?..

Jalə Mütəllimova
11.08.2021.