Eyfel qülləsi zirehli divarlarla əhatə olunacaq

  • By admin
  • 18 Sentyabr 2017 19:19

eyfel-2

Parisdə Eyfel qülləsinin ətrafında şəffaf gülləkeçirməz divarın ucaldılmasına başlanılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu, qüllənin terror hücumlarından qorunması məqsədilə həyata keçirilir.

Zirehli şüşənin qalınlığı 5 santimetr olacaq. Divarın hündürlüyü isə qüllənin 324 metrlik hündülrlüyünə uyğun olaraq 3 metr 24 santimetr təşkil edəcək.

Şəffaf divarlaırn qoyulmasına oktyabrın 5-də başlamaq planlaşdırılır. İşlərin başa çatması 2018-ci ilin iyuluna nəzərdə tutulur.

Maliyyə sənədlərinə görə, divarın ucaldılması ümumilikdə 25 milyon avroya başa gələcək.

Gununsesi.info