Eyfel qülləsinə dırmanmağa çalışan şəxs saxlanılıb

  • By Günel
  • 12 Avqust 2024 11:24

Hadisə Paris 2024 Olimpiya Oyunlarının bağlanış mərasiminin başlamasına 1 neçə saat qalmış baş verib.

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Parisin simvolu olan qülləyə dırmaşan 33 yaşlı ingilis vətəndaşı Fransa polisi tərəfindən saxlanılıb. Eyni zamanda polis ziyarətçiləri həmin yerdən uzaqlaşdırıb.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə şəxsin olimpiya halqalarının düz üstündə göründüyü bildirilib.

Fransanın daxili işlər naziri Gerald Darmanin, Fransa meydanı ətrafında 3 min polis məmuru yerləşdiriləcəyini, Olimpiadanın son günündə təhlükəsizliyi yüksək səviyyədə təmin etmək üçün isə 20 min polis və digər təhlükəsizlik işçilərinin Paris və digər bölgədə gecə saatlarına qədər orada olacağını söyləyib.

Qeyd edək ki, açılış mərasimi üçün Parisə 30 minə yaxın polis məmuru yerləşdirilib.

Günel
Gununsesi.info