Eyni anda onlarla təyyarəni havaya qaldırdıq və döyüşün ilk günü… - General ŞOK FAKTLARI AÇDI/VİDEO

  • By admin
  • 11 Noyabr 2021 11:24

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.

Gununsesi.info xəbər verir ki, general-leytenant İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti” sənədli filmində “An-2” təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib:

“Sentyabr ayının 27-də 20 “An-2” təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş “An-2” təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.

Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu”.

Gununsesi.info