Şərqi Hindistanda qeyri-adi doğum qeydə alınıb. Gununsesi.info xarici mənbələrə istinadən xəbər verir ki, bir-birlərinə bitişik doğulan körpələrin sağ qalmaq ehtimalı çox azdır. Əkizlər bütün əsas orqanlarına həmşərikdirlər. Doğumdan sonra sağlamlığı yerində olmayan əkizlər həkim nəzarəti altına götürülüb.
Uşaqların həkimi doktor Raj Kumar Gupda deyir ki, qarın və bel nahiyəsindən bitişik olan körpələrin bu cür doğum halı çox nadir hallarda baş verir.
“Əkizlər yarımçıq doğulublar. Dörd əlləri və iki ayaqları, iki fərqli cinsiyyət orqanları var. Səhhətləri stabildir, amma xüsusi nəzarətə ehtiyacları var”.
Əkiz övladları olacağı üçün ürəkdən sevinən valideynlər bütün ümidlərinin yıxıldığını söyləyirlər. Uşaqların 24 yaşındakı anası Şivrajo Devi və atası 30 yaşlı Çotta Sinq tibbi müayinə və tibbi səyahət üçün maddi imkanları olmadıqlarını qeyd edirlər. Uşaqların anası hamiləliyi dövründə çoxtərəfli yoxlama müayinələrdən keçdiyini söyləyərək əkizlərinin bitişik doğulacağına inana bilmədiyini deyir.
Gununsesi.info