Eyni ildə, eyni gündə SSRİ Xalq artisti adını alan korifeylərimiz: - ALMASZADƏ, BEHBUDOV, QARAYEV, İSGƏNDƏROV VƏ NİYAZİ

  • By admin
  • 05 May 2017 09:30

qamarQəmər Almaszadə, Rəşid Behbudov, Qara Qarayev, Adil İsgəndərov və Niyazi.

Bunları-bu dahi şəxsiyyətləri, korifeyləri, görkəmli mədəniyyət və incəsənət xadimlərini yəqin ki, tanımayan, bilməyən tapılmaz…Özü də nəinki Azərbaycan hüdudlarında, hətta, hətta, postsovet və postsosialist məkanında…

Onlar öz sənətləri, əsrarəngiz, bənzərsiz və təkrarolunmaz yaradıcılıqları ilə Azərbaycanla yanaşı, keçmiş sovetlər və onunla birbaşa təmasda olan sosialist ölkələri məkanında tanınmış, ad çıxarmışdılar.

Gununsesi.info-nun tarixi (mədəni) mənbələrdən əldə etdiyi məlumatda isə adıçəkilən korifeylərlə bağlı daha bir maraqlı məqam üzə çıxıb.

Belə ki,  məlum “Beşlik” məhz eyni ildə, eyni gündə, yəni, 1959-cu ildə  keçmiş SSRİ-nin ən yüksək fəxri adına – SSRİ Xalq artisti adına layiq görülüblər. Özü də Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində-dekadasında…

Bu yerdə qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində SSRİ Xalq artisti adını almaq hər sənət adamına qismət və nəsib olmurdu. Eyni zamanda, sovetlər dönəmində azərbaycanlı sənətçilərdən bu ada layiq görülənlər bir o qədər də çox olmayıb. Bu məqamlar nəzərə alınarsa, o zaman adıçəkilən korifeylərin eyni ildə belə bir yüksək fəxri ada layiq görülmələri böyük mədəni, həm də siyasi hadisə hesab edilə bilər…

rasid-1

qara qarayev

adil

Niyazi

Kamil HƏMZƏOĞLU

Gununsesi.info