
SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası növbəti dəfə Masallı rayonunda keçirilib. Mikrofon önünə keçən 6 abonentdən 5-i rayonun Qarabağ küçəsinin sakinləri olub. Onlar qaz xəttinin yerinin dəyişdirilməsi, sayğacın yenisi ilə əvəzlənməsi, yeni yaşayış massivinin qazlaşdırılması kimi istəklərlə çıxış ediblər.
Digər 1 müraciət isə rayonun Şərəfə kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasından ibarət olub.
Bütün müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.
Gununsesi.info