“Eynşteyn” halqası qalaktikanın mərkəzində 590 milyon il uzaqlıqda aşkar edilib

  • By Admin2
  • 11 Fevral 2025 10:45

Euclid Kosmik Teleskopu, Avropa Kosmik Agentliyi (ESA) və ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) birgə işi nəticəsində Yerdən 590 milyon işıq ili uzaqlıqda olan “NGC 6505” qalaktikasının mərkəzi ətrafında “Eynşteyn” halqası aşkar edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, NASA -nın saytında yer alan xəbərə görə, işığın kosmosdakı cisimlərin ətrafında əyiləcəyini və parlayacağını təxmin edən ümumi nisbilik nəzəriyyəsini irəli sürən məşhur alim Albert Eynşteynin adını daşıyan “Eynşteyn” halqasına baxılıb.

Uzaq bir qalaktikadan gələn işığın ön planda olan cisimlə düzülmüş kimi görünən halqaya bükülməsi nəticəsində yaranan Eynşteyn halqasının 590 milyon işıq ili uzaqlıqdakı “NGC 6505” qalaktikasının mərkəzi ətrafında yerləşdiyi müəyyən edilib.

İşıq halqası NGC 6505-in arxasında 4,42 milyard işıq ili uzaqlıqdakı, hələ naməlum qalaktikadan gələn işığın cazibə qüvvəsi ilə təhrif edilməsi nəticəsində yaranıb.

Maks Plank adına Astrofizika İnstitutundan Conor O’Riordan, üzüyü təhlil edən ilk elmi məqalənin aparıcı müəllifi, “Einstein halqası güclü qravitasiya linzalarının nümunəsidir” deyib.

Qeyd edək ki, Evklid  Kosmik Teleskopu 2023-cü il iyulun 1-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasından orbitə buraxılıb.

Orxan Saffari

Gununsesi.info