Eynşteynin məktubu auksionda 210 min dollara satıldı

  • By admin
  • 21 İyun 2017 14:18
Albert Eynsteyn
Alim Albert Eynşteynin məkutubu İsraildə keçirilən auksionda 210 min dollara satılıb. 
Gununsesi.info ria.ru-ya istinadən xəbər verir ki, məktub 1950-ci illərdə yazılıb və maşın çağından çıxan 6 orginal müraciətdən ibarətdir və alim öz əli ilə məktuba düzəlişlər edib.
Eynşteyn bu məktubu həmkarları Devid Boma və Maks Borna ünvanlayıb. Məktubda Allahın dünyanı yaratması və onun idarə olunması, eyni zamanda dünyadakı siyasi proseslər, elm adamlarının azlığı ilə bağlı fikirlər öz əksini tapıb. 
Gununsesi.info