Eynulla Fətullayev müdafiə nazirinə “meydan” oxudu…

  • By admin
  • 15 İyul 2016 17:57

2015-10-21-01-50-49aayaa

 

“Dünən Azərbaycan zabiti Toğrul Məmmədov şəhid olub. Müdafiə Nazirliyi isə bu məlumatı gizlədib. Guya zabit Azərbaycan uğrunda yox, Ermənistan naminə şəhid olub! Utanmırlar!!!”

Gununsesi.info xəbər verir ki, bunu Haqqin.az və Virtualaz.org-un baş redaktoru Eynulla Fətullayev öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.

“Elə bu Vətənə xəyanətdir. Bundan sonra kim övladını əsgər göndərər? Haqqin.az saytı Toğrul Məmmədovun şəhid olması ilə bağlı məlumatı yaydı. İndi Müdafiə Nazirliyi bizi buna görə ittiham edir. Sizə bir daha bildirirəm, Vətən uğrunda həlak olan hər bir şəhidin adını açıqlayacam. Və heç kim bunu mənə qadağan edə bilməz! Aydındır Sizə?! Utanın, ən azı özünüzü şəhid olmuş zabit və əsgərlərin, onların yaxınlarının yerinə qoyun!!! Ermənistan Müdafiə Nazirliyi öz şəhidlərinin xatirəsinə bu cür münasibət bəsləmir!!!”-deyə, o, daha sonra yazıb.

 

img1595752

 

Gununsesi.info