ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayan jurnalist Eynulla Fətullayev qarşıdan gələn prezident seçkilərini işıqlandırmaq üçün Vaşinqton və Nyu-Yorka səfər etmək istədiyini bildirib.
Gununsesi.info Haqqın.az-a istinadən xəbər verir ki, ABŞ səfirliyi isə jurnalistin bu ölkəyə səfərinə icazə verməyib.
Lakin səfirliyə sonuncu dəfə getdiyimdə mənə qarşı hörmətsizlik edildi. Hətta təhqiramiz rəftarla qarşılaşdım. Məni ABŞ səfirliyinin ərazisinə buraxmadılar, məhkəmə hökmlərini götürdülər və amma niyəsə pasportumu unutdular… Gülməlidir, çünki 20 il əvvəlki məhkəmə hökmünə yox, pasporta möhür vurulur!” – jurnalist deyib.
“Amerikalıların mesajını başa düşdüm: biz Ukraynanı deyil, Vladimir Putini dəstəkləməliyik. Və mən Rusiyadan üzr istəyirəm”, – jurnalistin bəyanatında deyilir.
Gununsesi.info