Eyyub Hüseynov : “Bundan sonra bazarda tez-tez keyfiyyətsiz məhsulların şahidi olacağıq”

  • By admin
  • 04 Avqust 2016 13:12

eyyub

 

“Hökumətin bazara müdaxilə edərək, inzibati yolla qiyməti tənzimləməsi anormallıqdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında Azad İstehlaçılar Birlyinin sədri Eyyub Hüseynov qida məhsullarının artımı ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, qiymətlərin qalxması labüddür və bunun iqtisadi əsaslandırmaları var. “Bu gün İqtisadiyyat Nazirlyinin çörəyin qiymətinin 10 qəpik qalxmaması ilə bağlı ciddi iş aparması anormal haldır. İstehsalçı istehsal etdiyi məhsul istədiyi qiymətə sata bilər və burada qanuna zidd hər hansı addım yoxdur. Hökumət qiyməti inzibati yolla deyil, əlində olan rıçaqlardan- vergi, gömrük siyasətindən istifadə edərək, bazarda bolluq yaratmaqla qiymətin enməsinə nail ola bilər”- deyə, E . Hüseynov vurğulayıb. E. Hüseynov əlavə edib ki, neçə illərdir Azərbaycanda belə bir ənənə yaranıb, hər şənbə-bazar günləri Kənd Təsərrüfati Nazirliyinin əməkdaşalrı bahalı kostyumlarını geyinib düşürlər qiymət tənzimləməyə, inzibati amiranəlik yolu ilə ucuz yaramarkalar təşkil etməyə.”Bu isə bazar prinsiplərinə ziddir. Bu metodla bazarda qiyməti tənzimləmək mümkün deyil. Bunun üçün hökumətin spesfik istehsalçı və istehlakçı siyasəti olmalıdır. Çünki sahibkar kiməsə rüşvət verəndə onu cibindən vermir, verdiyi rüşvəti də malin üzərinə gələrək istehlakçıdan alır. Biz ona görə deyirik ki, hökumətin sahibkarın hüquqları ilə yanaşı istehlakçıların da hüquqlarnı müdafiə edən siyasəti olmalıdır”-deyə, o əlavə edib. E. Hüseynov onu da əlavə edib ki, ölkə başçısının sahibkarların yoxlanılmaması ilə bağlı verdiyi qərar sevindirici hal idi, lakin o sui- istifadələrə səbəb oldu: “Ölkə başçısının sahibkarların işlərinin yoxlanılmaması ilə bağlı verdiyi göstərişdən çoxlu sui- istifadə halları olur. Əslində bu qərarın verilməsi ilk vaxtlarda bizi çox sevindirdi. Çünki yersiz yoxlanışlar sahibkarların normal iş görməsinə imkan vermirdi. Odur ki, sahibkarların yoxlanılmaması ilə bağlı verilən qərara sevinmişdik və qiymətlərin aşağı düşəcəyini düşünürdük. Biz hesab edirdik ki, bunun nəticəsində bazarda haradasa 20 fazi qiymət ucuzlaşacaq. Lakin belə olmadı. Təəssüflər olsun ki, bu şəraitdən sahibkarlar sui- istifadə etdilər. Onlar üçün yaradılan bu kiçik şəraiti qiymətləndirə bilmədilər”. E. Hüseynov deyib ki, bir sözlə, hökumətin sahibkarlarla bağlı siyasətindin kökündə “Nə istəyirsən istehsal et. İstəyirsən su, istəyirsən də, zəhər sat. Ancaq inkişaf et” prinsipi dayanır. O, bildirib ki, bu da öz növbəsində istehsalçılarda sui-istifadə hallarına yol açdı: “Artıq bunun nəticəsində əmtəə bazarı sürətlə çirklənməkdədir. Biz bundan sonra bazarda tez-tez keyfiyyətsiz məhsulların şahidi olacağıq. Mən hələ epidemiyalar gözləyirəm. Ölkədə insan sağlamlığı üçün risk yaradacaq məhsullar sürətlə yayılır. Uzun müddət Azərbaycanda istehsalı qadağan olan təhlükəli məhsulların istehsalına başlanılıb və bununla bağlı bizlərə məlumatlar daxil omaqdadır. İstehlakçı hüquqlarını qorumağa məsul olan dövlət orqanı İqtisadiyyat  Nazirliyi yanında Antiinhisar siyasəti, istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti tam seyrici mövqe göstərir. Təsəvvür edin, Şəkidə 2001-ci ildən qadağan olunmuş “Karvan” və “ Şəki” filtirsiz siqaretlərinin istehsalına başlanılıb. Səhiyyə Nazirliyi də gigiyenik sertfikat verərək bunu dəstəkləyib. Bu, anormal haldır və ölkə məmurları üzlərini əhaliyə yönəltməyənə qədər proses davam edəcək. Bunun qarşısınıı almaq üçün hökumətin, ölkənin normal istehlakçı siyasəti olmalıdır. Dövlət- cəmiyyət münasibətləri qanunlarla tənzimlənir, daha insanlar bu münasibəti tənzimləmir. Əgər hökumətin normal istehsalçınin və istehlakçinin hüquqlarını müdafiə edən siyasəti olacaqsa və bu siyasət icra olunacaqsa, o zaman bazar özü-özlüyündə qiymət tənzimlənəcək və keyfiyyətli məhsul da istehsal olunacaq. Bununla bağlı artıq müvafiq dövlər qrumlarına müraciət etmişik”.

Mürtəza

Gununsesi.info