Eyyub Yaqubovun oğlu Fransada ailə qurub - VİDEO

  • By admin
  • 07 Avqust 2017 14:06

570416

Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov ilk dəfə olaraq ailəsi haqda danışıb.

Gununsesi.info xəbər verir ki, AzTV-də yayımlanan “Sevilənlər” verilişinin qonağı olan müğənni övladından danışıb.

O qeyd edib ki, 1 oğlu var və övladı Fransada yaşayır. Müğənninin sözlərinə görə, İncəsənət Universitetitin aktyorluq fakültəsində təhsil alan övladı daha sonra Parisə köçüb və orada da ailə həyatı qurub. Həmçinin müğənninin bir nəvəsi də var imiş.

Eyyub Yaqubov deyib ki, oğlu Fransada deyil, Azərbaycanda yaşayacaq. Həmin görüntüləri və müğənninin övladının fotolarını təqdim edirik:

https://www.youtube.com/watch?v=1cOEbXoKy64

Gununsesi.info