
Müğənni tezliklə fanatlarını sevindirəcək. Gununsesi.info-ya açıqlama verən ifaçının prodüseri Həsən Məmmədyarov bildirib ki, müğənni yeni mahnılar üzərində çalışır.
“Səhhətində heç bir problem yoxdur. Elçin İmanovla gərgin məşqlər gedir. Musiqilərdən biri isə vətənpərvər ruhdadır amma bu mahnının bəstəkarının kim olduğunu hələ ki, açıqlamırıq, qoy, sirr olaraq qalsın. Hətta bu mahnıya klipin çəkilməsi də nəzərdə tutulub. Bir ay müddətində yeni bəstələrlə qarşınızda olacaq”.
Sevinc Xeyrulla