Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

22 Sentyabr 2017 - 18:35

“Ezamiyyə xərclərinə əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişikliklər edilib

ilham

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər veriri ki, sərəncama əsasən, “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

– 2-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini,” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini,” sözləri ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidentinin köməkçisi,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi,” sözləri əlavə edilsin.

Gununsesi.info