Əziz Orucov azadlığa buraxıla bilərmi?

  • By admin
  • 13 Dekabr 2024 16:19

“Əvvəlcədən Əziz Orucova irəli sürülən qaçaqmalçılıq ittiham qanunsuz idi. Yenə da sağolsunlar ki, bu ağır ittihamı onun üzərindən götürdülər”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında ““Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun vəkili Bəhruz Bayramov jurnalistə  verilmiş ittihamların  yüngülləşdirilməsinə münasibət bildirərkən söyləyib.

Vəkilin sözlərinə görə, jurnalistin üzərindəki digər ittiham – 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittiham da götürülməlidir: “Artıq Əziz uzun zamandır ki, həbsdə saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur. Hesab edirəm ki, Səbael Məhkəməsi elə hazırlıq iclasında Əzizi azad etməlidir. Çünki, bunun üçün qanuni əsaslar kifayyət qədərdir. Əziz Orucov Azərbaycanda on minlərlə insandan biridir ki, aldığı torpaqda özünə ev tikib”.

Qeyd edək ki, Əziz Orucov itthamları rədd edib.

Beynəlxalq insan haqları təşkilatları hökumətdən onu azad etməsini istəyib.

 

Afət Abbasova

Gununsesi.info