Əziz Orucovun həbs müddəti artırılır

Hazırda həbsdə olan “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti artırılır.

 

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu barədə istintaq orqanı Səbail Rayon Məhkəməsi qarşısında vəsatət qaldırıb.

 

Vəsatətə sabah, 21 may 2024-cü il tarixində Səbail Rayon Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

 

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

 

 

Gununsesi.info