Fədayə Laçın apellyasiya şikayəti verdi

Fədayə Laçın apellyasiya şikayəti verdi

Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkil bildirib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: “Hələlik Nəsimi rayon Məhkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm. Şikayət məhkəməyə təqdim olunub”.

Xatırladaq ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi rayon Məhəkəməsinə müraciət etmişdi. Məhkəmə müraciətə baxsa da, təmin etməyib.

Gununsesi.info

COMMENTS