Fədayə Laçının əfv ərizəsinəBAXILMAYACAQ

Fədayə Laçının əfv ərizəsinə

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu abrədə modern.az-a danışan danışan vəkil Türkel Süleymanlı bildirib ki, Fədayə Laçın Komissiyaya müraciət göndərib.

Vəkil eyni zamanda qeyd edib ki, qanun əfv ərizəsi yazmağı qadağan etmir.

Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev modern.az-a deyib ki, əfv yalnız barəsində məhkəmənin qanuni hökmü qüvvəyə minmiş şəxslərə şamil edilə bilər:

“Qanunvericiliyə görə, barəsində istintaq hərəkətləri gedən şəxs əfv oluna bilməz. Ümumiyyətlə, bu şəxslərin ərizəsinə baxılmır”.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Gununsesi.info

COMMENTS