Fəhlə binadan yıxılıb ölüb

  • By admin
  • 17 Noyabr 2016 12:36

fahla

 Bakıda 22 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Gununsesi.info-nun xəbərinə görə,  hadisə  tikintisi başa çatmayan tikilidə baş verib.

Belə ki, Saatlı rayon sakini 1994-cü il təvvəllüdlü Azad Abbasov ehtiyatsızlıqdan fəhlə kimi çalışdığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Kəllə-beyin travması xəsarətləri alan A.Abbasov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info