
Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının vaxtından əvvəl ölkəmizdən çıxarılması böyük rezonansa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, bunu vaxtilə Preizdent İlham Əliyevin tənqidçiləri olan şəxslər də təqdir edib.
Bunlardan biri də Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyevdir.
Hazırda Avropada yaşayan Fəhmin Hacıyev deyib:
““Sülhməramlıların” Azərbaycandan getməsini alqışlayıram. Bu sevinci bizə yaşadan ordumuzla qürur duyuram.
Şəhidlərin ruhu qarşısına baş əyirəm.
Ali Baş Komandana təşəkkür və minnətdarlığımı ifadə edirəm”.
Gununsesi.info