
Sosial şəbəkədə Qəzza ilə həmrəylik mesajları paylaşan israilli müəllim saxlanılaraq işindən uzaqlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, İsrail polisindən verilən açıqlamada orta məktəb müəlliminin “İsrail əsgərlərini fələstinli qadınları zorlamaqda günahlandırdığı və HƏMAS-ın 7 oktyabr hücumlarını qanuniləşdirdiyi” səbəbiylə nəzarətə alınaraq işindən uzaqlaşdırıldığı bildirilib.
Tarixdən dərs deyən israillinin bəzi sosial media paylaşımlarının da yer aldığı açıqlamaya görə, müəllim İsrail əsgərlərini “uşaq qatilləri” kimi xarakterizə edib.
Polisin açıqlamasında müəllimin “düşmənin əməllərini qanuniləşdirdiyi və müharibə vaxtı düşmənə uydurma iddialarla yardım etdiyi” bildirilib.
Müəllim paylaşımlarının birində “İsrail əsgərləri fələstinli qadınlara təcavüz etdimi? Bunu 1948-ci ildən edirlər, amma dərsliklərdə yoxdur” deyib.
Gununsesi.info