Fələstin BMT-yə tam üzv olmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Dövlətinin prezidenti Mahmud Abbas bildirib.
O, ölkə hakimiyyətinin Fələstinin tanınması istiqamətində fəaliyyətini davam etdirəcəyini, paytaxtı Şərqi Qüds olan ölkənin ərazilərinin işğalına son qoymaq üçün siyasi, diplomatik və hüquqi səylərini davam etdirəcəyini vurğulayıb.
Abbas Fələstini tanıyan ölkələrə də təşəkkür edib.
Abbas digər ölkələri də omları tanımağa çağırıb.
Xatırladaq ki, mayın 10-da BMT Baş Assambleyası beynəlxalq təşkilatda Fələstinin hüquqlarını genişləndirən qətnamə qəbul edib.
O, həmçinin Təhlükəsizlik Şurasına ölkənin BMT-yə üzvlüyü məsələsinə müsbət baxmağı tövsiyə edib.
Qətnaməni 143 ölkə dəstəkləyib, 9 ölkə əleyhinə, 25 ölkə isə bitərəf qalıb.
Şəbnəm
Gununsesi.info