“1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds (Yerusəlim – red.) olan müstəqil Fələstin Dövləti qurulanadək bu mübarizə aparacağıq”.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.
“Biz İsrailin müharibə cinayətlərindən yaxasını qurtarmaması üçün üçün beynəlxalq səviyyədə atılan addımları dəstəkləyirik”, – dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdəki münaqişənin ilk günündən “bu məsələdə qürurlu və vicdanlı mövqe ortaya qoyub”.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.
Gununsesi.info