Fələstin ilk dəfə BMT Baş Assambleyasında rəsmi yer aldı

Nyu-Yorkda keçirilən Baş Assambleyada ilk dəfə olaraq Fələstin BMT-nin 193 üzvü arasında yer alıb. Fələstin nümayəndəsi ilk dəfə çərşənbə axşamı, sentyabrın 10-da BMT Baş Assambleyasının 79-cu sessiyasının açılışında iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın saytında deyilir.

Bu vaxta qədər Fələstin Baş Assambleyada yalnız müşahidəçi statusuna malik idi.

Tədbir bu ilin əvvəlində onuncu fövqəladə xüsusi sessiya zamanı ES-10/23 qətnaməsinin qəbulundan sonra mümkün olub.

Bu əlavə hüquqlar və imtiyazlar Fələstinin tam üzvlüyü demək deyil. O, BMT-nin işində iştirak etmək üçün daha böyük imkanlar əldə edib, lakin indiyədək tamhüquqlu üzv statusu olmadan qalır.

Qətnamə Fələstinə Assambleyanın iclaslarında iştirak etmək üçün əlavə hüquqlar verib, lakin o, BMT-nin Təhlükəsizlik Şurası və ya İqtisadi və Sosial Şura (ECOSOC) kimi əsas qurumlarına səs vermək və ya namizəd irəli sürmək hüququnu nəzərdə tutmur.

Qeyd edək ki, Fələstin müstəqil və qismən tanınan dövlətdir. Xüsusilə, onun müstəqilliyi BMT-yə üzv olan 193 ölkədən 138-i tərəfindən tanınıb.

 

 

Gununsesi.info