Fələstin liderinin maşın karvanına hücum edilib

  • By ilhame
  • 07 Noyabr 2023 20:35

Fələstin Prezidenti Mahmud Abbasın maşın karvanına silahlı hücum edilib, onun mühafizəçilərindən biri ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

Telekanal hücumun yeri barədə məlumat verməyib.

Eyni zamanda M.Abbasın vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Hücumun təfərrüatları dəqiqləşdirilir.

Gununsesi.info