
Fələstin hökuməti ABŞ Prezidenti Co Baydenin “iki dövlətli həll” çıxışına münasibətini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında “iki dövlətli həll” çıxışınıın doğru bir proses olduğunu bildirib.
Fələstin XİN bu cür açıqlamaların məmnunniyyətverici olduğunu vurğulayıb. Nazirlik ABŞ Prezidentini İsrail hökumətini uzlaşmaçı siyasətə məcbur etməyə səsləyib.
Fələstinin Xarici İşlər Nazirliyi Bayden iqtidarını verdiyi sözləri yerinə yetirməyə və beynəlxalq birliyin toplantılarında Fələstin Respublikasının hüquqi yanaşmalarını dəstəkləməyə səsləyib.
Tərcümə: Arzu