Fələstin üçün özünü yandıran hərbçi ilə bağlı SENSASİON İDDİA: Gizli sənədlərdən xəbəri olub

  • By admin
  • 28 Fevral 2024 14:39

İsrailin Qəzzaya hücumlarına etiraz olaraq özünü yandıran və həyatını itirən ABŞ əsgəri Aaron Buşnellin dostu sensasion iddia ilə çıxış edib. Dostu Buşnellin ona “ABŞ ordusunun Fələstində soyqırımda iştirak etdiyini” göstərən sənədləri gördüyünü söylədiyini iddia edib.

Gununsesi.info xəbər verir ki, “The New York Post”un yazdığına görə, Buşnellin dostu olduğu deyilən şəxs iddia edib ki, özünü yandıran əsgər fevralın 24-də ABŞ ordusu haqqında “gizli məlumat” öyrəndikdən sonra ona zəng edib. Ölən əsgərin dostu Buşnelin telefon danışığı zamanı gördüyü məlumatdan sonra deyindiyini və səsinin qorxunc olduğunu bildirib.

Buşnellin Hərbi Hava Qüvvələrində kəşfiyyat məlumatlarının işlənməsi ilə məşğul olduğunu deyən dostu sözü gedən məlumatların bir hissəsinin İsrailin Qəzzanı işğalı ilə bağlı olduğunu iddia edib.

Dost, ölən əsgərin “ABŞ ordusunun Fələstində soyqırımına qarışdığını və tunellərdə ABŞ əsgərlərinin olduğunu” ifadə edən sənədlər barədə ona danışdığını iddia edib.

ABŞ Hərbi Hava Qüvvələri Buşnellin 70-ci kəşfiyyat, müşahidə və kəşfiyyat qanadında kibermüdafiə əməliyyatları üzrə mütəxəssis kimi xidmət etdiyini təsdiqləyib.

Fevralın 25-də ABŞ Hərbi Hava Qüvvələrinin fəal üzvü Aaron Buşnel İsrailin Qəzza zolağında dinc əhalini intensiv bombardman etməsinə və ABŞ-ın hücumu dəstəkləməsinə etiraz etmək üçün paytaxt Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandırıb. İsrail səfirliyi qarşısına toplaşan yüzlərlə insan həyatını itirən Buşnellin xatirəsini yad edib.

 

Gununsesi.info