Fələstində daha iki jurnalist öldürüldü

  • By admin
  • 21 Noyabr 2023 12:22

İsrail əsgərləri fələstinli jurnalistlər Ala Tahir Əl Hasanatı və Ayət Xaduranı öldürüblər. Bildirilib ki, müharibə başlayandan bəri həlak olan jurnalistlərin sayı 60-a çatıb.

Gununsesi.info xəbər verir ki, jurnalist Ala Tahir Əl Hasanat Qəzzada ailəsinin evinə edilən hücum nəticəsində, Ayət Xadura isə Qəzza zolağının şimalındakı Beyt Lahia şəhərində ailəsinin evi bombalandıqdan sonra öldürülüb.

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölən jurnalistlərin sayının 60-a yüksəldiyi bildirilib.

İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 5 min 600-ü uşaq, 3 min 550-si qadın olmaqla 13 min 300 nəfər olub.

Gununsesi.info