Fələstində erməni icmasının nümayəndəsi Varsen Ağabekyan ölkənin xarici işlər və xaricdəki həmvətənlərlə iş üzrə dövlət naziri təyin edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Fələstinin “Wafa” agentliyi yayıb.
Agentlik Fələstinin yeni hökumətinin siyahısını dərc edib. Bildirilir ki, Məhəmməd Mustafa ölkənin xarici işlər naziri təyin olunub.
Ağabekyan XİN-də Mustafadan sonra ikinci səlahiyyətli şəxs olacaq.
Yeni hökumət martın 31-də öz fəaliyyətinə başlayacaq.
Gununsesi.info