
Fələstin Qurtuluş Təşkilatı Baş katibi Saib Ureykat, Avropa Birliyinə (AB) müstəqil Fələstin dövlətinin rəsmi olaraq tanınması ilə bağlı çağırış edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Ureykat Beynəlxalq Ədalət Məhkəməsinin “Bölünmə divarıyla” əlaqədar qəbul etdiyi qərarın 12-ci ildönümü münasibətiylə Ramallahdakı Müzakirə İşləri Müdirliyi tərəfindən təşkil edilən seminarda çıxışı zamanı edib.
Belə ki, S.Ureykat Avropa Birliyinin İsraili tanıdığı kimi Fələstin dövlətini də tanımağa çağırıb. O, məhz AB tərəfindən müstəqil Fələstin dövlətinin rəsmi olaraq tanınmaması səbəbiylə İsrailin Fələstin torpaqlarındakı məskunlaşma fəaliyyətləri ilə əlaqəli layihənin dayandırılmamasına diqqət çəkib.
Eyni zamanda, seminarda çıxışı edən “Fəth” Hərakatının İdarə heyətinin üzvü Nasir əl-Kudve isə Beynəlxalq Ədalət Məhkəməsinin məskunlaşma yerləri və “Bölünmə divarıyla” ilə əlaqəli qərarların ləğv edilməyəcəyini qeyd edib. Nasir əl-Kudve beynəlxalq cəmiyyətdən, İsrailin tələbləri istiqamətində addım atmaqda imtina etmələrini istəyib.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi, 2005-ci ildə, divar tikintisinin qanunlara zidd olduğunu və bunun irqçiliyi artıracağını açıqlamışdı.
Anar
Gununsesi.info