Fələstinin Baş naziri istefa verdi

  • By admin
  • 26 Fevral 2024 13:57

Fələstinin Baş naziri Məhəmməd Ştaye istefa ərizəsini ölkə prezidenti Mahmud Abbasa təqdim edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Nazirlər Kabinetinin rəhbərinin özü məlumat verib.

“Əl-Qahirə Əl-İxbariya” telekanalı onun sözlərindən sitat gətirib: “Mən ötən çərşənbə axşamı prezident Abbasa istefa ərizəmi təqdim etdim”.

Ştaye vurğulayıb ki, onun fikrincə, rəhbərlik etdiyi kabinet öz fəaliyyəti dövründə “vətəndaşların tələbləri ilə Qəzzada eskalasiyanın yeni mərhələsində Fələstin xalqının hüquqlarının müdafiəsi arasında tarazlığa nail ola bilib”. .

Bir gün əvvəl “Əl Mayadeen” telekanalı Abbas administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat vermişdi ki, Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək, lakin yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Telekanalın mənbəsi iddia edib ki, Abbas bəzi regional oyunçuların və ABŞ-ın ona etdiyi təzyiqlərə görə bu tədbirləri görür. Növbəti addım HƏMAS da daxil olmaqla, yeni hökuməti formalaşdırmazdan əvvəl bütün Fələstin qruplaşmalarının iştirak etdiyi milli konsensusa nail olmaq olmalıdır.

Fevralın 21-də Fələstin Azadlıq Təşkilatının əsas fraksiyalarından biri olan “Fəth” hərəkatının aparıcı qanadının üzvü Ayman Rakab TASS müxbirinə bildirib ki, fevralın sonunda Moskvada keçirilən toplantıda texnokratlardan ibarət vahid Fələstin hökumətinin yaradılması  üçün Fələstin hərəkatları razılığa gəlmək niyyətindədirlər.

Gununsesi.info