Fələstinli futbolçu və ailəsi Qəzzada öldürüldü

  • By Günel
  • 11 Sentyabr 2024 15:01

Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb.

Gununsesi.info xəbər verir ki, idmançı mənzilində olarkən İsrailin raket atəşi nəticəsində həyatını itirib.

Hadisə zamanı futbolçunun həyat yoldaşı və 4 qızı da dünyasını dəyişib.

Qeyd edək ki, H.Lubbad sonuncu dəfə Küveytin “Əl-Yarmuk” klubunda çıxış edib.

Gununsesi.info