İsrailin Qəzza zolağına hücumu zamanı yaralanan fələstinli qızın görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına baxmayaraq, İsrail əsgərləri təxminən 2,3 milyon insanın yaşadığı anklavı hücuma davam etdirir.
Hazırda Qəzzanın cənubundakı mərkəzi hissə və Xan Yunus şəhəri İsrailin ən intensiv hücumlarına məruz qalır.
Gununsesi.info xəbər verir ki, yaralı fələstinli qadının təcili yardım maşınında xəstəxanaya aparıldığı görünür. Qız göz yaşları içərisindədir və xərəkdə daşınan anasının əlini buraxmır.
Ötən gecə İsrailin Qəzza zolağının mərkəzindəki BMT məktəbinə və cənub anklavdakı Xan Yunus qəsəbəsinə endirdiyi zərbələr nəticəsində azı 16 fələstinli ölüb, 50 nəfər yaralanıb.
Gununsesi.info