Fələstinlilər səhvən Qəzzaya raket zərbəsi endirib

  • By admin
  • 02 Mart 2020 09:10

Martın 1-i axşam saatlarında Qəzzadan İsrail istiqamətində raketin buraxılması uğursuz nəticələnib.

Gununsesi.org “MIG News”a istinadən xəbər verir ki, raket Qəzza zolağının ərazisinə düşüb.

Raket buraxılandan sonra İsraildə xəbərdarlıq siqnalı işə düşüb.

Zərbə nəticəsində xəsarət alanlar və dağıntılar haqda məlumat yoxdur.

Gununsesi.org