“Fənərbağça” futbolçusu ilə vidalaşdığını açıqladı

  • By admin
  • 19 Oktyabr 2020 20:34

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Qarri Rodrigeslə yollarını ayırıb.

Gununsesi.info İstanbul təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı niderlandlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl İttihad” klubuna qayıdıb. Onun sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

HTML tutorial

Qeyd edək ki, “Fənərbağça” 2019-cu ilin iyulunda Qarri Rodrigesi iki illik icarəyə götürmüşdü. O, 2017 – 2019-cu illərdə Türkiyədə “Qalatasaray”ın formasını geyinib.

 

 

Gununsesi.info