Türkiyə Superliqasının XIV turu çərçivəsində “Fənərbağça” “Qalatasaray”ı qəbul edib.
Gununsesi.info xəbər verir ki, “Çobani” stadionunda keçirilən matçda qalib müəyyənləşməyib – 1:1.
Baş hakim Yasin Kolun idarə etdiyi görüşdə hesabı 27-ci dəqiqədə “Cim-Bom”un cinah oyunçusu Leron Sane açıb.
Qarşılaşmanın 90+5-ci dəqiqəsində “sarı-lacivərdlilər”in hücumçusu Con Duran komandasını məğlubiyyətdən xilas edib.
Bununla da “Qalatasaray” xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmlədib. “Fənərbağça” bir xal az toplayaraq ikinci sırada qərarlaşıb.
Qeyd edək ki, “Qalatasaray” növbəti turda evdə “Samsunspor”la, “Fənərbağça” isə səfərdə “Başakşehir”lə qarşılaşacaq.












