“Fənərbaxça” derbidə qalib gəlib, lider xal itirib

  • By admin
  • 22 Dekabr 2019 22:35

Türkiyə Super Liqasında XVI tur davam edir.

Gununsesi.org-un məlumatına görə, turun üçüncü günündə 3 matç keçirilib.

Çempionatın lideri “Sivasspor” xal itkisi ilə üzləşib. “Gənclərbirliyi”nin qonağı olan sivaslılar məğlubiyyətdən son dəqiqələrdə qaçıblar.

“Başakşəhər” səfərdə “Kayserispor”u darmadağın edib. Meydan sahibləri ilk 10 dəqiqədə iki avtolla diqqət mərkəzinə düşüblər.

Günə İstanbul derbisi ilə yekun vurulub. “Fənərbaxça” “Beşiktaş”a 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura dekabrın 23-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XVI tur
22 dekabr
“Gənclərbirliyi” – “Sivasspor” – 2:2

Stanku, 56, Ayite, 58 – Kone, 24, Yatabare, 90
“Kayserispor” – “Başakşəhər” – 1:4
Kravets, 38 – Lopes, 5 (avtoqol), Kula, 10 (avtoqol), Ba, 48, Aleksiç 90
“Fənərbaxça” – “Beşiktaş” – 3:1
Kruze, 23 (pen), Tufan, 32, Muriqi, 58 – Hatçinson, 45

1. Sivasspor 16 10 4 2 34:16 34
2. Başakşəhər 16 8 6 2 27:16 33
3. Fənərbaxça 16 8 4 4 32:20 28
4. Beşiktaş 16 8 3 5 23:21 27
5. Trabzonspor 15 7 5 3 28:17 26
6. Qalatasaray 16 6 6 4 18:15 24
7. Y.Malatyaspor 16 6 5 5 31:21 23
8. Alanyaspor 15 6 5 4 24:14 23
9. Göztəpə 16 6 5 5 19:19 23
10. Qaziantep 16 6 5 5 25:27 23
11. Dənizlispor 15 6 3 6 16:16 21
11. Rizəspor 16 6 2 8 16:25 20
13. Gənclərbirliyi 16 4 6 6 27:28 18
14. Kasımpaşa 16 4 3 9 25:29 15
15. Konyaspor 15 3 6 6 14:21 15
16. Antalyaspor 16 3 5 8 15:28 14
17. Ankaragücü 16 2 5 9 13:32 11
18. Kayserispor 16 2 4 10 14:36 10

 

 

Gununsesi.org