“Fənərbaxça” klubu futbolçusu Volkan Şənllə yolları ayırıb.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubunun baş məşqçisi Aykut Kocamanın planlarına daxil olmayan Türkiyə millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2015-ci ildən “Fənərbaxça”da çıxış edən 30 yaşlı yarımmüdafiəçi 76 matçda 8 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Gununsesi.info