
Gənc fəalın cəzası azaldıldı, amnistiyaya düşür
Bir neçə dəqiqə əvvəl Ali Məhkəmədə Fərəc Kərimlinin işi üzrə kassasiya şikayətinə baxılıb. Gününsesi.info-nun məlumatına əsasən, şikayət qismən təmin olunub. Belə ki, məhkəmə adıçəkilən şəxsin ittiham olunduğu maddə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsindən 234.1-ci maddəsinə tövsis edərək ona 3 il cəza təyin edib. Müvafiq qərar isə Fərəc Kərimlinin yeni imzalanan amnistiya sərəncamına düşəcəyini göstərir. Xatırladaq ki, Müsavat Partiyasının üzvü Fərəc Kərimli narkotik maddə saxlamaq və satmaqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.