Fərari zabit Ermənisatana qaytarılır

  • By admin
  • 02 Sentyabr 2016 15:11

zabit

Ermənistan Silahlı Qüvvələrinin fərarı zabiti Vaha Ohanesyan avqsutun 29-da  Rusiyanın Tobolsk şəhərində polis tərəfindən saxlanılıb.  

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Tümen vilayəti üzrə prokurorluğunun mətbuat xidməti açıqlama yayıb. Belə ki,  ki, Vaha Ohanesyanın sənədləri yoxlanılarkən onun axtarışda olduğu üzə çıxıb.

Məhkəmə erməni fərari zabitin barəsində həbs qərarı verib. Hazırda onun Ermənistana ekstradisiyası üçün sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Ermənistan vətəndaşı Vaha Ohanesyan 2009-ci ildə Ermənistan Ordusunda xidmətə başlayıb. 2016-cı ilin fevralında 28 yaşlı bölük komandiri məzuniyyətə çıxıb və Ermənistanı tərk edib.

Faktla bağlı “fərarilik” maddəsi ilə cinayət işi açılıb, ona qarşı qiyabi ittiham irəli sürülüb.

Gülnaz Qənbərli

Gununsesi.info