“Fərat qalxanı” hərəkatının 145-ci günü 200-dək İŞİD hədəfi vurulub

  • By admin
  • 15 Yanvar 2017 12:21

firat

Türkiyə silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.

Gununsesi.info Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatların 145-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 198 hədəfini vurub. Eyni zamanda, 9 terrorçunun zərərsizlədirildiyi bildirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

Gununsesi.info